المدة الزمنية 1:44

Qanq çayı daşır, koronavirusdan ölənlərin cəsədləri sularda üzür

14 122 مشاهدة
0
255
تم نشره في 2021/06/29

Hindistanda mövsümi musson yağışlarının yaratdığı daşqınlar Qanq çayında onlarla cəsəd ortaya çıxarıb. Güman edilir ki, ölkədə Covid-19-a görə ölümlərin tüğyan etdiyi dövrdə - aprel-may aylarında bəzi ailələrin odun almağa imkanları olmadığından, ənənəvi kremasiya əvəzinə, cəsədləri Qanq çayına endirib və ya sahil boyu qumluqlarda basdırıblar. İndi musson yağışları həmin məzarlıqların qumunu yuyaraq, cəsədləri üstünü açıb. Ölkənin şimalında yerləşən Allahabad şəhərinin rəsmi nümayəndəsi Neeraj Kumar Singh son 3 həftə ərzində 150-dək cəsədin kremasiya olunduğunu deyib. “Təxminlərə görə, həmin ərazidə 500-600 cəsəd basdırılıb. Biz onları çıxarmırıq, suyun üzünə qalxan cəsədləri kremasiya edirik”, - o deyib. Baş vermiş hadisə Hindistanda Covid-19-dan ölənlərin sayının əslində bir milyondan çox olduğuna dair şübhələr doğurub. Rəsmi rəqəmlərə görə, Hindistanda Covid-19-dan ölənlərin sayı 400 min nəfərdir. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://www.facebook.com/BBCnewsAzeri Twitter: https://twitter.com/BBCAzeri Instagram: https://instagram.com/bbcazeri/ WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün /playlist/PLdu98hnbX3aYv6oWYq4GEiKKc3TtDgYqL Qarabağ münaqişəsi /playlist/PLdu98hnbX3aaAHHg3ceYUv67CXmkoEeXi Dünyada bugün /playlist/PLdu98hnbX3aY5pGyXbValGjmazBoIlwOA Bölgələrdən /playlist/PLdu98hnbX3abWdcIUBkq9QeBJt0IFXVqR Qadınlar, sizin üçün /playlist/PLdu98hnbX3aYlIXy5upip2tqXH9Z4Ci4B 1 dəqiqəlik videolar /playlist/PLdu98hnbX3aYpIo1SB4OE30QWokIzy1xg Müsahibələr – Sizin səsiniz /playlist/PLdu98hnbX3aZT88zv72VheQY9VOOVHRsx Azərbaycanlılar Britaniyada /playlist/PLdu98hnbX3aYZupyLAwWnlQepRQ8z0aMp Niyə, nə üçün - izahedici videolar /playlist/PLdu98hnbX3abxrHhgfYvKTn0irhCXgKoj Gənclər sizin üçün /playlist/PLdu98hnbX3aaaIRa0rLCqTiQU5JEFQBpR Sosial problemlər /playlist/PLdu98hnbX3aZMxdn1fzPAPqExwh8xKnM1 Dünya xəbərləri bülleteni /playlist/PLdu98hnbX3aaQL7lj8oJ1yvLsEFQK2vYo Mənim Şəhərim /playlist/PLdu98hnbX3aZOmgE_LokrvqnWyepZVP-5 Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda /playlist/PLdu98hnbX3abO62oTQicjN0C9u0f_engm Sizin Sözlərinizlə /playlist/PLdu98hnbX3aaI3ecG6D2_a3rHCr8b1sCy Britaniyada tələbə olan azərbaycanlılar /playlist/PLdu98hnbX3abX-sg4MBS_M5BQ42ZnfvrD

الفئة

عرض المزيد

تعليقات - 38