المدة الزمنية 4:56

Hər gün saqqız çeynəsək, orqanizimdə nə baş verər

بواسطة Demədi Demə
10 808 مشاهدة
0
363
تم نشره في 2021/12/17

Hər gün saqqız çeynəsək orqanizimdə nə baş verər? Saqqız Dünya hər ötən gün bir az daha inkişaf edir. Təbii ki, dünyanın inkişafı paralel olaraq, insan oğlunun da inkişafını tələb edir. Məsələn; fiziki mənada orqanizmimizin, xüsusilə, beynimizin inkişafını sürətləndirməyə çalışmaq müasir insanın ən böyük arzularından biridir. Bəs, nə edirik? Müxtəlif vitaminlərə, minerallara, çeşidli qidalara, bitkilərə, hətta, texnologiyaya üz tuturuq. İnkişaf axtarışlarımız bunlarla da bitmir; çiynədiyimiz saqqızdan da mədəd umuruq. Necə? Buyurun… Koronavirus ilə birgə dünya “onlayn təlimlər” deyə bir məfhum qazandı. Yaddaşı gücləndirmək, sürətli oxumaq və başqa bunun kimi bir çox istiqamətdə onlayn təlimlərə qoşulanların sayı günbəgün artır. Dünya Yaddaş Çempionu Məlik Duyar da bu cür təlimlərə moderatorluq edir. O, qeyd edir ki, iştirakçıların əksəriyyəti saqqızın beyin inkişafında rolu ilə maraqlanırlar. Doğrudan da, maraqlı sualdır: “Saqqız çiynəmək beyni inkişaf etdirirmi?” Araşdırmaların nəticələrinə baxaq… 2002-ci ildə saqqızın yaddaş funksiyalarına təsiri ilə bağlı aparılan bir araşdırmanın nəticəsi açıqlandı. Məlum oldu ki, saqqız çeynəmək ümumişlək olmayan sözlərin xatırlanmasına kömək edir. Amma saqqız diqqəti toplamaq üçün vasitə deyil. Başqa bir neçə araşdırma isə saqqız çeynəməyin yaddaşa heç bir təsiri olmadığını aşkarlayıb. Buna baxmayaraq, araşdırmanın əməkdaşları saqqızın diqqəti toplamağa kömək etdiyindən əmindir. Gördüyünüz kimi, iki nəzəriyyə bir-birini təkzib edir. Bəs, gəlinən ümumi nəticə nədir? 1) Saqqız çeynəmək ürək döyünməsini sürətləndirir. Bu da beyinə daha çox qan pompalanmasına səbəb olur. Beləcə, beyinə gedən oksigen və qlükozanın miqdarı artır. Beyinin əsas “qida maddəsi” sayılan oksigen və qlükozun bolluğu, təbii ki, beynin və yaddaşın funksiyalarını artırır. 2) Saqqız çeynəmək orqanizmdəki insulin istehsalına da müdaxilə edir. İnsulin istehsalı da beyində yaddaşın “deposu” olan hipokampusun işləməsinə təsir edir. Yaxşı işləyən hipokampus güclü yaddaş deməkdir. Son dövrlərdə İngiltərədə aparılan və nəticələri “Journal of Appetite” dərgisində yayımlanan bir araşdırmaya 75 nəfər qatılıb. Onlar 25 nəfərlik kiçik qruplara bölünüb. Hər qrupa fərqli tapşırıqlar verilib. 1-ci qrupdakı 25 nəfər saqqız çeynəyib. 2-ci qrupdakı 25 nəfərə saqqız verilməyib və bir otaqda səssizcə gözləmələri tapşırılıb. 3-cü qrupdakı 25 nəfər də başqa bir otaqda səssiz gözləyib. Amma onlardan guya ağızlarında saqqız varmış kimi, çənələrini oynatmaları istənib. Hər 3 qrupun üzvləri sonda “qısamüddətli yaddaş” və “işləyən yaddaş” testlərindən keçiblər. Qeyd edim ki, “qısamüddətli yaddaş” ən yaxın zamanda baş verən hadisənin və ya alınan informasiyanın xatırlanmasıdır. “Uzunmüddətli yaddaş” isə daim önəmli saydığınız və hər an xatırladığınız şeylər haqqında məlumatların toplusudur. Məsələn; ev ünvanınız, telefon nömrəniz, maaş kartınızın kodu və s. Maraqlıdır ki, araşdırmada saqqız çeynəyən və guya saqqız çeynəyirmiş kimi çənəsini işlədən insanlar sakitcə oturanlara nisbətən daha yaxşı nəticə göstəriblər. Beləcə, araşdırmaçılar saqqızın yaddaşa təsirinin qətiliyindən əmin olublar. Bütün bu fərqli fikirlər, araşdırmalar, gəlinən nəticələr isə sualımıza qəti cavab vermir. Nəhayət, dietoloqların fikrincə, saqqız çeynəmək zövq məsələsidir. Psixoloqlar isə, saqqızın ən yaxşı plasebolardan biri olduğu qənaətindədirlər. Yəni, kimsə “saqqız çeynəyirəm, indi arıqlayacağam” deyirsə və saqqızı cani-dildən çeynəyirsə, o, nəticəsini görə bilər.

الفئة

عرض المزيد

تعليقات - 40
  • @
    @smsallahverdi9719منذ 3 سنوات Suyu çox içəndə belə ziyanı var.O qaldıki saqqız _ tərkibi bilinməyən maddələrdən hazırlanan bir ürüm. 7
  • @
    @mastershirxan2712منذ 3 سنوات Maraqlı məlumat idi. Bəzən saqqız çeynəmək lazımdı. 2
  • @
    @zeynbaskerova3940منذ 2 سنوات Cox sag olun deyerli melumat ucun size teeekkur edirem
  • @
    @user-no2ln6wt8rمنذ 3 سنوات Cox sag olun bele maariflendirici xeberler ucun,bu gunden bawlayacam saqqiz ceynemeye
  • @
    @sevdahuseyni2054منذ 3 سنوات Gözəl maarifləndirmə üçün çox sağ olun
  • @
    @mahiralatifova9270منذ 3 سنوات ÇOOOX SAĞOLUN BİLMƏDİKLƏRİMİ Zİ ÖYRƏNDİK. 2
  • @
    @yagmuraliyeva403منذ 3 سنوات Xəbərə görə təşəkkürlərSaqqıza lap marağım artdı 4
  • @
    @neceffeyzullayev6419منذ 2 سنوات Salam Bahadır müəllim Saqqızın tərkibi bərədə geniş məlumat verin zəhmət ərzaqlarının,yagların və s.-QİDALARIN KEYFİYYƏTSİZLİYİNİ TƏRKİBİNƏ QATILAN KİMYƏVİ MADDƏNİN SAYSIZ HESABSIZ XƏSTƏLİKLƏR YARATDIGINI YAXŞI BİLİRSİMİZ!SAQQIZ İSƏ ƏN BETƏRİDİR-ZƏRƏRDƏN BAŞQA HEÇ BİR FAYDA YOXDUR!DİQQƏT,YADDAŞ,SAGLAMLIQ VƏ S.DƏ YALNIZ SAGLAM QİDALADA,Q M O OLMAYAN MEYVƏLƏRDƏ-TƏRƏVƏZLƏRDƏDİR! ....وسعت 1
  • @
    @azizanebiyeva1961منذ 3 سنوات Əslində saqqızın zərərləri xeyrindən qat-qat çoxdur. Saqqız çeynəmə zamanı mədə yemək kimi qəbul edib onu həzm etmək üçün şirə ifraz edir, bu da boş mədənin divarlarını zədələyir. qastrit, mədə xorası kimi xoşagəlməz fəsadlar törədir. ....وسعت 1
  • @
    @dalgalxzr4717منذ 3 سنوات Zəhləm saqqızdan və onu çeyniyənlğrdən gedir. 1
  • @
    @AtaAzerbaijanمنذ 3 سنوات Saqqızın 3 ən mühüm faydasını sayım.
    1. ci Saqqız ceynəyəndə yuxu qaçır.
    2. ci Yeməkdən sonra saqqız yeməyin tez həzm olmasına kömək edir.
    3. cü Cinsi əlaqə zamanı gec orgazm olmağa səbəb olur. (Kişilər üçün)
    .
    ...وسعت
    6
  • @
    @user-ti6yu9xo2eمنذ 2 سنوات Vallah Billah saqqız çeynəmək bekarçılıqdan gələn bir şeydi.
  • @
    @islamtovhid7964منذ 3 سنوات Saqqızın zərərləri barədə yetərincə məlumatlar var.İndi hansına inanaq? 2
  • @
    @rustemhacizade7024منذ 2 سنوات Saqqiz yemekden sonra beş deyqe ceyniyirsenki agizdan qoxu gelmesin , cöle cixarken ceynemek lazimdir ki agiz qoxusunu aparsin , beş on deyqe ceynemek kifayet edir
  • @
    @yasareynaliyev2497منذ 2 سنوات Bu gün TV dən hekim dediki saqqızin içinə qara donuzun tükünü doğrayıb qatırlar. Mən də ağzımda saqqız. bilmədim neynim- atdim. İndi ürəyim istədir, amma yadıma düşür. Düzdür?
  • @
    @arzunesirova1732العام الماضي Saqqız insana çox ziyandı.Çünki saqqızda ximikatlar çoxdur.Meyvə aramatı dadsın deyə süni dadlandırıcılar çoxdu.Ətiri aləmə yayılır.gör indi onda nə qədər ximikat var.niyə bu saqqızı tərifləyirsiz.hələ onun tərkibindəki boyanı demirəm o da ximikatdı. ....وسعت
  • @
    @neceffeyzullayev6419منذ 3 سنوات Saqqız ən ziyanlı vərdişlərdən biridir!Pula satılıb reklam edir!Əvvələr bu kanalın hörməti var idi!Niyə cammatı savadsız hesab idib həm pulinu,həm də saglamlıgını əlindən alırlar? 3
  • @
    @neceffeyzullayev6419منذ 2 سنوات Salam Bahadır müəllim Saqqızın tərkibi bərədə geniş məlumat verin zəhmət ərzaqlarının,yagların və s.-QİDALARIN KEYFİYYƏTSİZLİYİNİ TƏRKİBİNƏ QATILAN KİMYƏVİ MADDƏNİN SAYSIZ HESABSIZ XƏSTƏLİKLƏR YARATDIGINI YAXŞI BİLİRSİMİZ!SAQQIZ İSƏ ƏN BETƏRİDİR-ZƏRƏRDƏN BAŞQA HEÇ BİR FAYDA YOXDUR!DİQQƏT,YADDAŞ,SAGLAMLIQ VƏ S.DƏ YALNIZ SAGLAM QİDALADA,Q M O OLMAYAN MEYVƏLƏRDƏ-TƏRƏVƏZLƏRDƏDİR! ....وسعت 1
  • @
    @azizanebiyeva1961منذ 3 سنوات Əslində saqqızın zərərləri xeyrindən qat-qat çoxdur. Saqqız çeynəmə zamanı mədə yemək kimi qəbul edib onu həzm etmək üçün şirə ifraz edir, bu da boş mədənin divarlarını zədələyir. qastrit, mədə xorası kimi xoşagəlməz fəsadlar törədir. ....وسعت 1
  • @
    @AtaAzerbaijanمنذ 3 سنوات Saqqızın 3 ən mühüm faydasını sayım.
    1. ci Saqqız ceynəyəndə yuxu qaçır.
    2. ci Yeməkdən sonra saqqız yeməyin tez həzm olmasına kömək edir.
    3. cü Cinsi əlaqə zamanı gec orgazm olmağa səbəb olur. (Kişilər üçün)
    .
    ...وسعت
    6
  • @
    @arzunesirova1732العام الماضي Saqqız insana çox ziyandı.Çünki saqqızda ximikatlar çoxdur.Meyvə aramatı dadsın deyə süni dadlandırıcılar çoxdu.Ətiri aləmə yayılır.gör indi onda nə qədər ximikat var.niyə bu saqqızı tərifləyirsiz.hələ onun tərkibindəki boyanı demirəm o da ximikatdı. ....وسعت