المدة الزمنية 5:32

Paşinyan qalib gəldi. Bəs Qarabağ məsələsi, Zəngəzur dəhlizi, 10 noyabr bəyanatı necə olacaq

112 197 مشاهدة
0
2.6 K
تم نشره في 2021/06/21

Ermənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, Vətəndaş Müqaviləsi partiyası 53,92 faiz səslə rəqiblərini xeyli geridə buraxıb. Nikol Paşinyanın əsas rəqibi sayılan, ölkənin keçmiş Prezidenti Robert Koçaryanın "Hayastan" bloku 21,64 faiz səs qazanıb. "Yeni seçilmiş parlamentdə "Vətəndaş Müqaviləsi" partiyası konstitusiya çoxluğuna sahib olacaq və bir hökumət quracaq," - Nikol Paşinyan bu barədə rəsmi Facebook səhifəsində yazıb. Ermənistan Mərkəzi Seçki Komissiyası ümumi 2008 seçki məntəqəsində səsvermənin nəticələrini yekunlaşdırıb. MSK-nın hesablamalarına görə, bu məntəqələr üzrə Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası 53,92, Robert Koçaryanın "Hayastan" bloku 21,64 faiz səs qazanıb. Üçüncü yerdə keçmiş Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanın başçılıq etdiyi "Pativ unem" (Təzim edirəm) blokudur. Bu blokun lehinə 5,23 faiz səs verilib. Lakin parlamentə mandat almaq üçün seçki blokları səslərin 7 faizlik həddini aşmalıdır. Qaqik Tsarukyanın Firavan Ermənistan Partiyasına seçicilərin 3,96 faizi səs verib. Partiyalar parlamentdə təmsil olunmaq üçün 5 faizlik həddi keçməlidır. Beşliyə 3,04 faiz səslə sabiq Baş nazir Aram Sarkisyanın (1999-cu ildə parlamentdə terror aktı zamanı öldürülmüş Baş nazir Vazgen Sarkisyanın qardaşı) başçılıq etdiyi Respublika partiyası da daxildir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi partiyasının lehinə seçicilərin 1,54 faizi səs verib. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://www.facebook.com/BBCnewsAzeri Twitter: https://twitter.com/BBCAzeri Instagram: https://instagram.com/bbcazeri/ WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün /playlist/PLdu98hnbX3aYv6oWYq4GEiKKc3TtDgYqL Qarabağ münaqişəsi /playlist/PLdu98hnbX3aaAHHg3ceYUv67CXmkoEeXi Dünyada bugün /playlist/PLdu98hnbX3aY5pGyXbValGjmazBoIlwOA Bölgələrdən /playlist/PLdu98hnbX3abWdcIUBkq9QeBJt0IFXVqR Qadınlar, sizin üçün /playlist/PLdu98hnbX3aYlIXy5upip2tqXH9Z4Ci4B 1 dəqiqəlik videolar /playlist/PLdu98hnbX3aYpIo1SB4OE30QWokIzy1xg Müsahibələr – Sizin səsiniz /playlist/PLdu98hnbX3aZT88zv72VheQY9VOOVHRsx Azərbaycanlılar Britaniyada /playlist/PLdu98hnbX3aYZupyLAwWnlQepRQ8z0aMp Niyə, nə üçün - izahedici videolar /playlist/PLdu98hnbX3abxrHhgfYvKTn0irhCXgKoj Gənclər sizin üçün /playlist/PLdu98hnbX3aaaIRa0rLCqTiQU5JEFQBpR Sosial problemlər /playlist/PLdu98hnbX3aZMxdn1fzPAPqExwh8xKnM1 Dünya xəbərləri bülleteni /playlist/PLdu98hnbX3aaQL7lj8oJ1yvLsEFQK2vYo Mənim Şəhərim /playlist/PLdu98hnbX3aZOmgE_LokrvqnWyepZVP-5 Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda /playlist/PLdu98hnbX3abO62oTQicjN0C9u0f_engm Sizin Sözlərinizlə /playlist/PLdu98hnbX3aaI3ecG6D2_a3rHCr8b1sCy Britaniyada tələbə olan azərbaycanlılar /playlist/PLdu98hnbX3abX-sg4MBS_M5BQ42ZnfvrD

الفئة

عرض المزيد

تعليقات - 64