المدة الزمنية 4:19

Azərbaycan arıçıları və maldarları Kəlbəcərə gedir. Bəs insanların köçü nə vaxt başlayacaq

5 768 مشاهدة
0
218
تم نشره في 2021/06/11

İyun ayının əvvələrindən sosial şəbəkələrin azərbaycan dilli səhifələri işğaldan azad olunmuş Kəlbəcər bölgəsinə köç və arı qutularının daşınmasını göstərən videolar yayır. Həvəskar videolarda mal-qoyun sürüsünün və arı ailələrinin Kəlbəcərdəki yaylaqlara yollandığı bildirilir. Bu yaxınlarda isə həmin rayonun ərazisində ikisi jurnalist olmaqla 3 azərbaycanlı mülki şəxs mina partlayışı nəticəsində həlak olub, 4 nəfər yaralanıb. Eyni zamanda rəsmi dövlət medialarında hər gün işğaldan azad olunmuş ərazilərə getməmək barədə çağırışlar edilir, həmin yerlərin minalar və partlamamış hərbi sursatlarla zəngin olduğu bildirilir. Azərbaycanda polis postlarından yayınaraq həmin ərazilərə gedənlər barədə qanuni cəzalar tətbiq edilir. Hökumət isə hələ ki, işğaldan azad olunmuş ərazilərə mülki şəxslərin nə zaman gedəcəyi planını açıqlamayıb. Sosial şəbəkələrdə Kəlbəcərə gedən köçləri göstərən videolara onlarla adam tənqidi şərh yazıb və mülki əhalinin həmin əraziyə buraxlmamasını, heyandarlıq təsərrüfatlarının oraya daşınmasına icazə verilməsini qınayıb. Azərbaycan Arıçılar Assosiasının sədr müavini Sabir Mustafayev BBC News Azərbaycancaya deyib ki, iyunun 7-dən onun arıları Kəlbəcərə gətirilib və onun özü də oradadır. "Ərazilər yoxlanılıb, biz öz istədiyimiz yerə gəlib düşməmişik - hərbçilərin göstərişi, nəzarətiylə hara təhlükəsizdir, ora gəlmişik. Təsərrüfatlarımızı qurduğumuz ərazi hərbçilərə yaxındır. Onlar təhlükəsizliyi təmin edirlər", - Sabir Mustafayev deyib. İqtisadi məsələlər üzrə təhlilçi Natiq Cəfərli hesab edir ki, indiki şəraitdə bu təsərrüfatların Kəlbəcər və digər işğaldan azad olunmuş ərazilərə aparılması bir çox suallar doğurur. "Ümumi bir məskunlaşma proqramı qəbul edilməyibsə, təhlükəsizliklə bağlı problemlər həllini tapmayıbsa, minalarla bağl məsələ hələ də itkilərə səbəb olursa, bu təhlükəsizliklə bağlı məsələlərin həlli olmadan hansısa formada orada təsərrüfat işlərinin görülməsi həm fiziki təhlükələrə yol açır, həm də böyük bir iqtisadi səmərəsi də yoxdur", - Natiq Cəfərli deyib. BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. http://bbc.co.uk/azeri Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın: Facebook: https://www.facebook.com/BBCnewsAzeri Twitter: https://twitter.com/BBCAzeri Instagram: https://instagram.com/bbcazeri/ WhatsApp-da "BBC" yaz göndər, xəbərlər telefonuna gəlsin: +44 7548 711235 Youtube səhifəmizdə olan digər videoları da izləyin. Azərbaycan da bu gün /playlist/PLdu98hnbX3aYv6oWYq4GEiKKc3TtDgYqL Qarabağ münaqişəsi /playlist/PLdu98hnbX3aaAHHg3ceYUv67CXmkoEeXi Dünyada bugün /playlist/PLdu98hnbX3aY5pGyXbValGjmazBoIlwOA Bölgələrdən /playlist/PLdu98hnbX3abWdcIUBkq9QeBJt0IFXVqR Qadınlar, sizin üçün /playlist/PLdu98hnbX3aYlIXy5upip2tqXH9Z4Ci4B 1 dəqiqəlik videolar /playlist/PLdu98hnbX3aYpIo1SB4OE30QWokIzy1xg Müsahibələr – Sizin səsiniz /playlist/PLdu98hnbX3aZT88zv72VheQY9VOOVHRsx Azərbaycanlılar Britaniyada /playlist/PLdu98hnbX3aYZupyLAwWnlQepRQ8z0aMp Niyə, nə üçün - izahedici videolar /playlist/PLdu98hnbX3abxrHhgfYvKTn0irhCXgKoj Gənclər sizin üçün /playlist/PLdu98hnbX3aaaIRa0rLCqTiQU5JEFQBpR Sosial problemlər /playlist/PLdu98hnbX3aZMxdn1fzPAPqExwh8xKnM1 Dünya xəbərləri bülleteni /playlist/PLdu98hnbX3aaQL7lj8oJ1yvLsEFQK2vYo Mənim Şəhərim /playlist/PLdu98hnbX3aZOmgE_LokrvqnWyepZVP-5 Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda /playlist/PLdu98hnbX3abO62oTQicjN0C9u0f_engm Sizin Sözlərinizlə /playlist/PLdu98hnbX3aaI3ecG6D2_a3rHCr8b1sCy Britaniyada tələbə olan azərbaycanlılar /playlist/PLdu98hnbX3abX-sg4MBS_M5BQ42ZnfvrD

الفئة

عرض المزيد

تعليقات - 9